Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub

Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub.
Region
20 May , 2022 07:02
Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub

Ermənistanda hərbçi ilə polis əməkdaşları arasında dava olub.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, müddətdən artıq hərbi qulluqçu Gevork P. avtomobillə bir qrup şəxslə polis əməkdaşlarının yanından keçərkən asayiş keşikçilərinin ünvanına təhqirlər səsləndirib, sonra maşından düşərək polislərdən birini vurub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq istəyəndə digər üç nəfərlə polislər arasında dava olub. Hadisəni törədən hərbçi və daha bir neçə nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi