Ermənistanda 38 yaşlı hərbçi güllələnib

Ermənistanda 38 yaşlı hərbçi güllələnib Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.
Region
1 Yanvar , 2020 15:57
Ermənistanda 38 yaşlı hərbçi güllələnib

Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Qeqarkunik vilayətində baş verib. Tavuş vilayətinin, Aşağı Karmiraqbyur kəndinin 38 yaşlı sakini Kartuş Ohanyan "Mercedes" markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən "İJ" markalı tüfəngdən açılan atəş nəticəsində güllə xəsarəti alıb. Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir.  

Son xəbərlər

Orphus sistemi