Bakı. 2 iyun. REPORT.AZ/ Ermənistanın “Razdan” cəzaçəkmə müəssisəsinin əməliyyat qrupunun keçmiş rəisi V.A. məhkumdan və onun qohumlarından iri məbləğdə rüşvət tələb etmək və almaqda şübhəli bilinərək tutulub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi istintaq xidmətinin mətbuat katibliyindən bildirilib.
Məhkum A.M. deyib ki, keçmiş rəis 2015-ci ilin sentyabrında həyat yoldaşı və qardaşından hissə-hissə 3 min dollara yaxın rüşvət alıb.
Keçmiş rəisə qarşı “İri məbləğdə rüşvət almaq” maddəsi ilə cinayət işi açılıb.