Bakı. 9 mart. REPORT.AZ/ Ermənistanda son günlər ərzaq mallarının qiyməti kəskin artıb.
“Report” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bahalaşma apreldə keçiriləcək parlament seçkisi ilə əlaqədardır.
Qəzet yazıb ki, ölkədə əsasən gündəlik tələbat mallarının qiyməti artıb.
“Bahalaşma davamlı xarakter daşıyacaq. Bu həm də ticarətdəki rüşvətin məbləğindən və miqyasından asılı olacaq”, - deyə məqalədə vurğulanıb.