Ermənistanda fermerlər etiraz aksiyası keçirib

Ermənistanda fermerlər etiraz aksiyası keçirib Onlar südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər
Region
11 May , 2018 15:57
Ermənistanda fermerlər etiraz aksiyası keçirib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın Araqatsotn vilayətinə aid kəndin sakinləri Yerevana gedən avtomobil yolunu bağlayıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.

Sakinlər bildiriblər ki, müvafiq şirkət bir ay əvvəl südün litrini 180 drama (63 qəpik) alırdı, indi isə 110 dram təklif edir: “Bu, bizim üçün qəbuledilməzdir”. 

Son xəbərlər

Orphus sistemi