Ermənistanda elektrik enerjisi bahalaşa bilər

Ermənistanda elektrik enerjisi bahalaşa bilər "Ermənistanda elektrik enerjisinin qiyməti 2022-ci ilin fevralından bahalaşa bilər".
Region
2 Dekabr , 2021 13:33
Ermənistanda elektrik enerjisi bahalaşa bilər

"Ermənistanda elektrik enerjisinin qiyməti 2022-ci ilin fevralından arta bilər".

“Report” “Hraparak”a istinadən xəbər verir ki, bunu Ermənistanda İctimai xidmətin tənzimlənməsi üzrə Komissiyanın sədri Qaregin Baqramyan bildirib.

Onun sözlərinə görə, təbii qazın qiymətinin bahalaşması müqavilələrdən asılıdır. Razdan Atom Eelektrik Stansiyasının 5-ci bloku üzrə bağlanacaq müavilənin buna təsir edəcəyi istisna olunmur: “Bunlar bir-biri ilə bağlıdır. Ehtimal edirəm ki, başqa amillər də var”.

Xatırladaq ki, Ermənistan elektrik enerjisi və təbii qaza olan ehtiyacını İran və Rusiya vasitəsilə təmin edir. Rusiya Ermənistana min kubmetr qazı 165 dollar satır. İran hər il Ermənistana 400-500 milyon kubmetr “mavi yanacaq” ixrac edir. İslam Respublikası bu ölkədən bir kubmetr qaz görə 3 kilovat/saat elektrik enerjisi alır.

Son xəbərlər

Orphus sistemi