​Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 18 nəfərə çatıb

Region
  • 20 yanvar, 2016
  • 12:44
​Ermənistanda donuz qripindən ölənlərin sayı 18 nəfərə çatıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanda H1N1 virusu ("donuz qripi") epidemiyasından ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan jurnalistlərə açıqlamasında bildirib.

Məlumata görə, epidemiya ilə əlaqədar məktəb və uşaq bağçalarında tətil müddəti iki dəfə uzadılıb.