Ermənistanda deputat mandatdan imtina edib

Ermənistanda deputat mandatdan imtina edib Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasından deputatı Qayane Abraamyan mandatından imtina edib
Region
25 Sentyabr , 2020 13:08
Ermənistanda deputat mandatdan imtina edib
Qayane Abraamyan

Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından olan deputatı Qayane Abraamyan mandatından imtina edib.

“Report” xəbər verir ki, müvafiq qərar qanunverici orqanın saytında dərc edilib.

Hakim Vətəndaş Razılşması Partiyasına baş nazir Nikol Paşinyan rəhbərlik edir. Təşkilatın parlamentdəki fraksiyası isə “Mənim Addımım” adı altında fəaliyyət göstərir. 

Qeyd edək ki, daha öncə eyni fraksiyanın deputatı Arsen Culfalakyan mandatından imtina edib. Buna səbəb Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutünyanla fikir ayrılığı olub.

Son xəbərlər

Orphus sistemi