Ermənistanda daha bir hərbi hissədə maxinasiya aşkar edilib: saxlanılan var

Ermənistanda daha bir hərbi hissədə maxinasiya aşkar edilib: saxlanılan var Vigen Petrosyan həbs edilib, digər iki nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alınıb
Region
4 May , 2017 01:10
Ermənistanda daha bir hərbi hissədə maxinasiya aşkar edilib: saxlanılan var
Courtesy İmage

Bakı. 4 may. REPORT.AZ/ Ermənistanın hüquq-mühafizə orqanları daha bir hərbi hissədə növbəti dəfə fırıldaqları araşdırır.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, "N" saylı hərbi hisssənin arxa cəbhə üzrə komandir müavini Vigen Petrosyan və ərzaq xidmətinin rəisi Eduard Aleksanyan "Avanqard" MMC-nin baş mütəxəssisi Karen Qriqoryanla birlikdə təxminən 3 milyon drama yaxın pulu mənimsəməkdə təqsirləndirilərək müttəhimlər kürsüsündə əyləşiblər.

İstintaq zamanı məlum olub ki, Vigen Petrosyan Karen Qriqoryanla və Eduard Aleksanyanla əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.

Vigen Petrosyan həbs edilib. Digər iki nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi