Ermənistanda daha bir atışma olub

Ermənistanda daha bir atışma olub İyulun 6-da Ermənistanın paytaxı İrəvanın mərkəzində atışma olub.
Region
7 İyul , 2024 01:12
Ermənistanda daha bir atışma olub

İyulun 6-da Ermənistanın paytaxı İrəvanın mərkəzində atışma olub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxtın mərkəzindəki mehmanxananın qarşısında olub. Əraziyə gələn polis əməkdaşları hadisə yerində mərmilər aşkarlayıblar.

Atışma zamanı xəsarət alanların olub-olmadığı araşdırılır. Qeyd edilir ki, polis artıq şübhəli şəxin hansı markalı avtomobildən atəş açdığı barədə məlumata malikdir.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, bu, ötən gün Ermənistanda baş verən ikinci silahlı insidentdir. Dünən Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib. Belə ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub. Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.

Son xəbərlər

Orphus sistemi