Ermənistanda daha 7 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 7 nəfər koronavirusdan ölüb Ermənistanda koronavirusdan ölənlərin sayı 309-a çatıb.
Region
18 İyun , 2020 11:00
Ermənistanda daha 7 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusdan ölənlərin sayı 309-a çatıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, ölkədə ötən sutkada 7 nəfər virusun qurbanı olub.

Bildirilib ki, ölkədə virusdan sağalanların sayı 6 794 nəfərdir.

Qeyd edək ki, bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə ötən sutkada 665 nəfərə koronavirus diaqnozunun qoyulduğunu açıqlamışdı. Beləliklə, Ermənistanda indiyədək 18 698 yoluxma faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi