Ermənistanda daha 27 nəfər COVID-19-dan ölüb

Ermənistanda daha 27 nəfər COVID-19-dan ölüb Ermənistanda son sutkada daha 240 nəfərdə COVID-19 aşkarlanıb
Region
7 Dekabr , 2021 11:07
Ermənistanda daha 27 nəfər COVID-19-dan ölüb

Ermənistanda son sutkada daha 240 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 341 058-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 27 nəfər artaraq 7 718-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 457 nəfərdir. İndiyədək 322 406 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 477 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi