Ermənistanda daha 22 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 22 nəfər koronavirusdan ölüb Koronavirusa yoluxan 194 900 nəfər sağalıb
Region
26 Aprel , 2021 11:09
Ermənistanda daha 22 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 213 469-a çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 22 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 040 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 194 900 nəfər sağalıb. Hazırda 13 527 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi