Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 597-yə çatıb
Region
17 Fevral , 2021 10:55
Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutkada daha 206 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 597-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 155-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 793 nəfərdir. İndiyədək 161 476 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 173 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi