Ermənistanda daha 1 094 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Ermənistanda daha 1 094 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb Hazırda 14 306 nəfər müalicə olunur
Region
27 Mart , 2021 11:02
Ermənistanda daha 1 094 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Ermənistanda son sutkada daha 1 094 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 189 540-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 3 450-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı son sutkada daha 5 nəfər artaraq 881 nəfərə çatıb. İndiyədək 170 903 pasiyent infeksiyadan sağalıb. Hazırda 14 306 nəfər müalicə olunur.

Son xəbərlər

Orphus sistemi