Ermənistanda COVID-19-dan ölənlərin sayı 500-ü ötdü

Ermənistanda COVID-19-dan ölənlərin sayı 500-ü ötdü Ermənistanda indiyə qədər 125 088 nəfər testdən keçirilib.
Region
368
7 İyul , 2020 10:54
Ermənistanda COVID-19-dan ölənlərin sayı 500-ü ötdü
0 : 00
0 : 00

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 349 nəfər artaraq 29 285 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 12 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 503-ə çatıb.

Qeyd olunub ki, virusdan 16 907 pasiyent sağalıb. Hazırda 11 711 nəfər infeksiyadan müalicə olunur.

Ermənistanda indiyə qədər 125 088 nəfər testdən keçirilib.