Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub

Region
  • 10 oktyabr, 2017
  • 07:19
Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.

G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.

44 filmi