Ermənistanda cəsədi zibillikdən aşkarlanan körpənin anası saxlanılıb

Ermənistanda cəsədi zibillikdən aşkarlanan körpənin anası saxlanılıb Ermənistan polisinin əməkdaşları şənbə günü cəsədi Gümrü şəhərindəki zibilliklərdən birində aşkarlanmış körpənin anasının kim olduğunu müəyənləşdiriblər.
Region
1 Sentyabr , 2019 07:50
Ermənistanda cəsədi zibillikdən aşkarlanan körpənin anası saxlanılıb

Ermənistan polisinin əməkdaşları şənbə günü cəsədi Gümrü şəhərindəki zibilliklərdən birində aşkarlanmış körpənin anasının kim olduğunu müəyənləşdiriblər.

Bu barədə "Report" RİA"Novosti"yə istinadən xəbər verir.

Ermənistan polisinin mətbuat xidmətindən bildirilib ki, hadisə haqqında informasiya Gümrünün Muş rayon Polis Bölməsinə daxil olub. Asayiş keşikçilərinin məlumatına görə, əraziyə yollanmış operativ qrup zibillikdə əlləri və ayaqları yapışqan lentlə bağlı təxminən bir yaşlı qızın cəsədini aşkarlayıb.

"Polis əməkdaşları tərəfindən keçrilmiş operativ-axtarış tədbirləri nəticəsində körpənin şəxsiyyəti müəyyənləşdirilib. Onun anası tapılaraq polis bölməsinə aparılıb.

"Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Faktla bağlı istintaq aparılır", - deyə polisin xəbərində bildirilir.

Son xəbərlər

Orphus sistemi