Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb

Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb Ermənistanda daha 2 314 nəfərdə koronavirus aşkarlanıb
Region
25 Oktyabr , 2020 11:05
Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb

Ermənistanda daha 2 314 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23 nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi