Ermənistanda bir gündə 10 nəfər koronavirusdan ölüb

Ermənistanda bir gündə 10 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 317 nəfər COVID-19-a yoluxub
Region
15 Mart , 2021 10:51
Ermənistanda bir gündə 10 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 317 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 702-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 3 265-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 410 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 190 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi