Ermənistanda binaların 70 faizi seysmik davamlılıq normativlərinə cavab vermir

Ermənistanda binaların 70 faizi seysmik davamlılıq normativlərinə cavab vermir Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistandakı binaların 70 faizi seysmik davamlılıq baxımından müasir normativlərə cavab vermir.
Region
24 Fevral , 2018 03:58
Ermənistanda binaların 70 faizi seysmik davamlılıq normativlərinə cavab vermir

Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistandakı binaların 70 faizi seysmik davamlılıq baxımından müasir normativlərə cavab vermir.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Şəhərsalma Komitəsinin sədri Narek Sarkisyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, binaların ümumi fondunun yenidən qurulması və gücləndirilməsi dövlət üçün ağır maliyyə yükü olacaq.

"2017-ci ildə hökumət binaların seysmik təhlükəsizliyi ilə bağlı vahid strategiyanı qəbul edib. Hansı ki, seysmik davamlılığın artırılması üçün ona uyğun olaraq uzunmüddətli və ortamüddətli tədbirlər görüləcək", - deyə məmur ötəri olaraq bildirib.

Son xəbərlər

Orphus sistemi