Ermənistanda beş böyük su anbarı demək olar ki, tamamilə dolub

Ermənistanda beş böyük su anbarı demək olar ki, tamamilə dolub Ermənistanda beş böyük su anbarı demək olar ki, tam doludur, lakin bəndin dağılması təhlükəsi yoxdur.
Region
26 May , 2024 17:50
Ermənistanda beş böyük su anbarı demək olar ki, tamamilə dolub

Ermənistanda beş böyük su anbarı demək olar ki, tam doludur, lakin bəndin dağılması təhlükəsi yoxdur.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kütləvi informasiya vasitələrində iri su anbarlarının bəndlərinin dağılma təhlükəsi barədə xəbərlər yayılsa da, nazirlik bu məlumatı təkzib edib.

“O cümlədən, Axuryan su anbarı 80%, Arpaliç 88%, Aparan 52%, Azat 90%, Marmarik su anbarı 97% doludur”, - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, Ermənistanın Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb. Yollar ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi