Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb Bakı. 6 noyabr. REPORT.AZ/ Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb.
Region
6 Noyabr , 2018 10:41
Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə noyabrın 5-dən 6-na keçən gecə paytaxt Yerevanın Noraqavit inzibati ərazi dairəsində qeydə alınıb. 

Belə ki, Yerasxavan-Yerevan yolu ilə hərəkət edən “Nissan Tiida” markalı avtomobil Dövlət Yol Polisi məntəqəsinin hasarına çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər hadisə yerində ölüb, ağır yaralanan 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölən 3 nəfərin meyiti isə zərbə nəticəsində maşından yola atılıbmış. Həmin meyitlər qəza yerindən bir neçə metr aralıda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi