Ermənistanda Azərbaycanla sərhədyanı bölgələrdən xəbər yaymaq yasaqlanıb

Ermənistanda Azərbaycanla sərhədyanı bölgələrdən xəbər yaymaq yasaqlanıb Ermənistanın Azərbaycanla sərhədyanı Sünik vilayətinin rayonları barədə məlumat yazmaq üçün milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə alınmalıdır.
Region
11 Fevral , 2021 12:32
Ermənistanda Azərbaycanla sərhədyanı bölgələrdən xəbər yaymaq yasaqlanıb

Ermənistanın Azərbaycanla sərhədyanı Sünik vilayətinin rayonları barədə məlumat yazmaq üçün Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə alınmalıdır.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

“KİV-in müdafiəçisi” təşkilatı bu qərarı azad sözün boğulması olaraq qiymətləndirib. Təşkilat bildirib ki, MTX söz azadlığını məhdudlaşdırmaqla Ermənistan vətəndaşlarının informasiya almaq kimi konstitusiya hüququndan məhrum edir.

Son xəbərlər

Orphus sistemi