Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

Region
  • 24 sentyabr, 2024
  • 07:17
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.