Ermənistanda atışma zamanı məmur da daxil olmaqla 2 nəfər xəsarət alıb

Region
  • 25 oktyabr, 2023
  • 00:38
Ermənistanda atışma zamanı məmur da daxil olmaqla 2 nəfər xəsarət alıb

Ermənistanın Sünik vilayətində atışma olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin Çakaten qəsəbəsinin inzibati rəhbəri olduğu bildirilir.

Atışmanın təfərrüatı açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə