Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib Ermənistanın Səhiyyə Nazirliyi açıq məkanlarda maska taxmaq tələbini ləğv edib.
Region
1 İyul , 2021 10:30
Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Ermənistanın Səhiyyə Nazirliyi açıq havada maska taxmaq tələbini ləğv edib.

“Report” “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, iyulun 1-dən etibarən peyvənd olunmamış şəxslərdən yalnız qapalı məkanlarda maska taxmaq tələb olunacaq.

Peyvənd olunmuş vətəndaşlar isə həm açıq, həm də qapalı məkanlarda maska taxmaya bilərlər.

Qeyd olunub ki, “Armed E-Health” sistemində qeydiyyatdan keçmiş peyvəndlərin hər iki dozası ilə vaksinasiya olunmuş və QR kodu olan Ermənistan vətəndaşları aşılanmış hesab olunur.

Son xəbərlər

Orphus sistemi