Ermənistanda 7 və 10 yaşlı qardaşlar futbolçunun avtomobilini qaçırdı

Ermənistanda 7 və 10 yaşlı qardaşlar futbolçunun avtomobilini qaçırdı Ermənistanın paytaxtı Yerevanda 7 və 10 yaşlı qardaşlar avtomobil qaçırıb
Region
13 Aprel , 2021 03:50
Ermənistanda 7 və 10 yaşlı qardaşlar futbolçunun avtomobilini qaçırdı

Ermənistanın paytaxtı Yerevanda 7 və 10 yaşlı qardaşlar avtomobil qaçırıb.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Məlumata görə, Ararat rayonunun 25 yaşlı sakini Qeqam Tumbaryan polis bölməsinə müraciət edərək bildirib ki, onun "Mika" İdman Kompleksindəki “Hyundai” markalı avtomobili oğurlanıb.

Polis müəyyən edib ki, onun avtomobilini Şenqavit sakinləri - 10 yaşlı Aleks və onun 7 yaşlı qardaşı Levon oğurlayıblar.

Onlar oğurlanmış avtomobillə birlikdə Sebastiya-Ovnatan küçələrinin kəsişməsində aşkarlanıblar və polis bölməsinə çatdırılıblar. Yeniyetmələrin valideynləri də hadisə ilə əlaqədar polisə çağırılıb

Qeyd edilir ki, avtomobili oğurlanan Q.Tumbaryan “Sevan” klubunun futbolçusudur.

Son xəbərlər

Orphus sistemi