Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub

Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklərin müalicəsi hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.
Region
145
2 İyul , 2021 10:54
Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub

Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.

Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.

A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.

Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar.

Son xəbərlər

Orphus sistemi