Ermənistanda 444 nəfər karantinə alınıb

Ermənistanda 444 nəfər karantinə alınıb Ermənistanda koronavirusa yoluxmada şübhəli bilinən 1 243 nəfər var.
Region
831
18 Mart , 2020 16:15
Ermənistanda 444 nəfər karantinə alınıb

Ermənistanda koronavirusa yoluxmada şübhəli bilinən 1 243 nəfər var.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də “Facebook” səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, şübhəli bilinənlərdən 444-ü hazırda karantində saxlanılır: “Daha 799 nəfəri özünütəcridə çağırmışıq”.

Nikol Paşinyan 700-dən artıq testin keçirildiyini bildirib.

Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən, Ermənistanda 84 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi