Ermənistanda 11 nəfər arasında kütləvi dava olub, ahıl kişi güllələnib

Ermənistanda 11 nəfər arasında kütləvi dava olub, ahıl kişi güllələnib Ermənistanda atışma ilə nəticələnən kütləvi dava olub.
Region
29 Noyabr , 2019 08:06
Ermənistanda 11 nəfər arasında kütləvi dava olub, ahıl kişi güllələnib

Ermənistanda atışma ilə nəticələnən kütləvi dava olub.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Armavir vilayətinin Alaşkert kəndində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı Karen Vardanyan, 36 yaşlı Set Vardanyan, 60 yaşlı Smbat Vardanyan, 48 yaşlı Artur Vardanyan və 37 yaşlı Baqdasar Baqdasaryan və 43 yaşlı Arsen Petrosyan 62 yaşlı Saqatel Vardanyanla, 48 yaşlı Artur Arutunyanla, 26 yaşlı Akop Saakyanla, 40 yaşlı Roman Sarkisyanla və 34 yaşlı Erem Arutunyanla mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Arsen Petrosyan mübahisə zəminində "AK-74" markalı "Kalaşnikov" avtomatından Saqatel Vardanyana (62 yaş) atəş açaraq onu yaralayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib, yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi