Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb

Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyanın hələ də tapılmayıb.
Region
26 İyun , 2021 05:14
Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb

Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyan hələ də tapılmayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

"Müvafiq orqanların axtarışları davam edir. Bizi 90 % əmin edirlər ki, o, əsir deyil, Norik Ermənistan ərazisindədir, amma harada olduğunu bilmirik. Cinayət işi qaldırılıb, o, iş çərçivəsində axtarışa verilib. Amma fakt odur ki, oğlan yoxdur", - deyə Tavuş əyalətinin Noemberyan rayonunun Koxb kəndinin başçısı Arsen Ağababyan bildirib.

Onun sözlərinə görə, Norik hərbi hissəni tərk etdikdən sonra evdə görünməyib. O, cəmi 3 ay xidmət edib.

Xatırladaq ki, hadisə Vardenisdəki hərbi hissədə, mayın 18-də olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Norik Mkrtçyan hərbi hissəni tərk edib və yoxa çıxıb.

Son xəbərlər

Orphus sistemi