Ermənistana qaz nəqli dayandırılıb

Ermənistana qaz nəqli dayandırılıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.
Region
159
24 Sentyabr , 2018 12:06
Ermənistana qaz nəqli dayandırılıb
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti “Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb. 

Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür. 

Son xəbərlər

Orphus sistemi