Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri yeni vəzifəyə təyin edilib

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri yeni vəzifəyə təyin edilib Ermənistan xüsusi istintaq xidmətinin başçısı Sasun Xaçatryan Antikorrupsiya Komitəsinə sədr təyin edilib.
Region
16 Sentyabr , 2021 12:50
Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri yeni vəzifəyə təyin edilib

Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Antikorrupsiya Komitəsinin sədri təyin edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qərar ölkə hökumətinin iclasında qəbul olunub.

S.Xaçatryanın sözlərinə görə, komitənin strukturu yenidən formalaşdırılacaq, regional şöbələr yaradılacaq.

Ermənistan Xüsusi İstintaq Xidmətinə rəhbər hələlik təyin edilməyib.

Xatırladaq ki, S.Xaçtryan qalmaqallı telefon danışığı ilə daha çox tanınıb. 2018-ci ilin sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının səs yazısı yayılmışdı. 8 dəqiqəlik söhbəti zamanı onlar Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə etmişdilər.

Son xəbərlər

Orphus sistemi