Ermənistan XİN-də hərc-mərclik, diplomatlar xaricə qaçır

Ermənistan XİN-də hərc-mərclik, diplomatlar xaricə qaçır Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ölkənin Xarici İşlər Nazirliyində yaranan gərginlik davam edir.
Region
165
6 İyul , 2021 10:33
Ermənistan XİN-də hərc-mərclik, diplomatlar xaricə qaçır

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ölkənin Xarici İşlər Nazirliyində yaranan gərginlik davam edir.

“Report” xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Məqalədə qeyd edilib ki, müstəqil düşüncəli təcrübəli diplomatlar işdən çıxarılır.

Nəşrin məlumatına görə, bir müddət əvvəl ailəsi ilə birlikdə xaricə getmək istəyən 10 diplomatın səfəri təxirə salınıb: “Hökumət Ara Ayvazyanın xarici ölkələrə təyin etdiyi diplomatları işdən çıxarmaq qərarına gəlib. Hökumət indi həmin diplomatların sosial şəbəkələrdə yazdıqları akkauntları araşdırır”.

“Hraparak” qeyd edib ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan vaxtilə ona qarşı çıxış etmiş XİN əməkdaşlarını bağışlamamaqda qətiyyətlidir.

Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla Ermənistan sərhədində gərginliyin azaldılmasına dair planını açıqlayandan sonra mayın 27-də o vaxtkı xarici işlər naziri Ara Ayvazyan istefa verib. Nazirdən sonra müavinləri Qagik Qalaçyan, Avet Adons, Artak Apitonyan və Armen Gevondyan istefa ərizələrini yazıblar. Amma A.Gevondyanın istefası qəbul edilməyib. O, xarici işlər nazirinin səlahiyyətlərini icra edir.

Son xəbərlər

Orphus sistemi