Ermənistan və Gürcüstan baş nazirləri görüşüb

Ermənistan və Gürcüstan baş nazirləri görüşüb Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.
Region
12 Yanvar , 2023 16:40
Ermənistan və Gürcüstan baş nazirləri görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.

“Report” xəbər verir ki, bunu N.Paşinyan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, gürcü həmkarı ilə xüsusi söhbəti olub.

“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”, - N. Paşinyan bildirib.

İrakli Qaribaşvili isə tviterdə yazıb ki, Gürcüstan və Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində iqtisadiyyat və ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri ilə yanaşı, regional sülh təşəbbüsləri və digər ikitərəfli məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Gürcüstanın baş naziri Ermənistanda işgüzar səfərdədir. O, yanvarın 12-də hökumətlərarası komissiyanın iclasına qatılıb.

Son xəbərlər

Orphus sistemi