Bakı. 27 sentyabr. REPORT.AZ/ Ermənistanda saxlanılan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmen ölkəsinə təhvil verilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Umut Ali Özmen sentyabrın 27-də Türkiyə-Emənistan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan sentyabrın 26-da onu qaytarmağa hazır olduqlarını bildirmişdi.
Xatırladaq ki, Umut Ali Özmen heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.