"Rusiya öhdəliklərini yerinə yetirmir".
“Report” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah və sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərin gündəmində qalmaqda davam edir.
TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”.
A.Qriqoryan, həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu, çox vacibdir”.