Ermənistan Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəza törədib

Region
  • 26 yanvar, 2023
  • 07:43
Ermənistan Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəza törədib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.

A.Qriqoryanın “Toyota Land Cruiser” markalı xidməti avtomobili “Range Rover”lə toqquşub. Təhlükəsizlik Şurası katibinin hadisə zamanı maşında olub-olmadığı açıqlanmayıb.

Hər iki sürücü alkol testindən keçirilib.

Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar.

44 filmi