Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir Ermənistan hökuməti işğalçı ölkənin ordusunun tərkibində Qarabağda döyüşmüş muzdluların pulunu ödəyə bilmir.
Region
22 Yanvar , 2021 17:57
Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ermənistan hökuməti işğalçı ölkənin ordusunun tərkibində Qarabağda döyüşmüş muzdluların pulunu ödəyə bilmir.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Həmin muzdluların bir qrupu yanvarın 22-də Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Onlar vəd edilən pulun ödənilməməsinə aydınlıq gətirilməsi tələb ediblər.

David Ovannisyan adlı aksiya iştirakçısı bildirib ki, döyüşlərin ilk günündən Qarabağa gedib: “Noyabrın 30-da Qarabağdan gəlmişəm. Dövlətin cəbhədən qayıdanlara müəyyən məbləğ ödədiyini biləndən təzminat almaq üçün komandanlığımız da daxil olmaqla müxtəlif orqanlara müraciət etsəm də, heç bir cavab almamışam. Dekabrın 28-də biz Müdafiə Nazirliyinə getmişdik. Bizə dedilər ki, kompensasiyaların hamısı dekabrın 30-da köçürüləcək. Dekabrın 30-da isə pullar köçürülmədiyi üçün hökumətə müraciət etməyə məcbur olduq. İndiyədək problem həll olunmayıb”.

Onun sözlərinə görə, hökumət 2 700 muzdluya (Ermənistanda onlara könüllü deyirlər - "Report") vəd etdiyi pulu ödəməyib.

Son xəbərlər

Orphus sistemi