Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb Ermənistanın iki gün əvvəl istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.
Region
25 Yanvar , 2022 08:24
Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

Ermənistanın iki gün əvvəl istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.

Bu barədə “Report” “Hetq.am”a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.

Xüsusilə, Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin - Sent Kitts və Nevisin vətəndaşı olub.

Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması barədə suala cavab vermək əvəzinə sübut təqdim etməyi təklif edib.

O, xüsusən uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi-red) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.

Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə göstəriş verib.

Sent-Kitts və Nevis Federasiyası
Sent-Kitts və Nevis Federasiyası

Lakin 2017-ci ildə ona prezident olmaq təklifi irəli sürüləndə Sarkisyanın bunu yerinə yetirməyib. Bu məsələni həll etməli olan şəxs ölüb, Sarkisyan oğluna (eyni müəssisədə işləyir) məktub yazıb və ondan prosesi başa çatdırmağı xahiş edib.

Belə çıxır ki, Sarkisyan prezident seçilməzdən bir müddət əvvəl ada dövlətinin vətəndaşlığından imtina prosesinə başlayıb. Bu isə o deməkdir ki, o, bu vəzifəyə seçilə bilməzdi.

“Bütün fərmanlar, o cümlədən qanunlar, təyinatlar, seçkilər (hətta baş nazirin təyin edilməsi də) qanunsuzdur”, - nəşr yazıb.

“Prezident böyük ehtimalla Ermənistana qayıtmayacaq, çünki saxtakarlıq zəminində cinayət təqibi ilə üzləşə bilər”, - “Hetq.am” vurğulayıb.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, iddia edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.

Öz növbəsində “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib ki, Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır. “Respublika Prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, - Tevanyan feysbukdakı hesabında yazıb.

Yanvarın 18-də Prezidentin mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib. Prezidentin məzuniyyətdən qayıtması barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi