Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasına qatılmadı

Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasına qatılmadı Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb
Region
131
1 Mart , 2021 13:00
Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasına qatılmadı

Ermənistanın baş naziri Nikol Paşinyanın başçılığı ilə martın 1-də Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

İclasda Ermənistanın daxili və xarici təhlükəsizliyinə dair məsələlər, onların həlli yolları müzakirə edilib.

Bildirilib ki, toplantıda Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan iştirak etməyiblər.

Ermənistan prezidentinin Mətbuat xidmətindən bildirilib ki, Armen Sarkisyana dəvət gəlsə də, səhətti ilə bağlı Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib.

Eyni zamanda protokola əsasən, Onik Qasparyan da iclasa dəvət edilsə də, o, mövcud şəraiti nəzərə alaraq tədbirə qatılmayıb.

Son xəbərlər

Orphus sistemi