Ermənistan prezidenti: "Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil"

Ermənistan prezidenti: "Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil" Bakı. 7 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.
Region
7 Sentyabr , 2018 17:04
Ermənistan prezidenti: Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi