Ermənistan prezidenti: COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışırıq

Ermənistan prezidenti: COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışırıq Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sazişi imzalamağa çalışır.
Region
14 Oktyabr , 2024 15:18
Ermənistan prezidenti: COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışırıq

Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.

"COP29-a qədər onu imzalamaq yaxşı olardı, amma gəlin qabağa qaçmayaq", - o qeyd edib.

Ermənistan prezidenti bildirib ki, razılaşdırılmalı olan, həll edilməmiş məsələlər qalıb: “Ancaq biz müzakirələrin yekunlaşmasına yaxınlaşırıq. Saziş noyabr ayında BMT-nin iqlim konfransına qədər imzalana bilər”.

Qəzet xatırladıb ki, daha əvvəl iqlim və inkişaf məsələlərinin müzakirə olunduğu Dayanıqlı İnkişaf üzrə Hamburq Konfransının kuluarlarında Xaçaturyan Ermənistanın qonşuları ilə sülh bağlamalı olduğunu söyləyib.

"Xəyallarda yaşamaq Ermənistana yaxşı nəticələr gətirmədi. Biz praqmatik və realist olmalıyıq. Təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq", - o bildirib.

Qeyd edək ki, ötən ay Azərbaycan "COP atəşkəsi"nə çağırış edərək ölkələri siyasi çağırışların öhdəsindən gəlməyə, birləşməyə və COP29 ayı ərzində atəşkəs öhdəliyi götürməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi