Erməni deputatlar QDİƏT PA-nın İstanbulda keçiriləcək iclasında iştirak edəcək

Erməni deputatlar QDİƏT PA-nın İstanbulda keçiriləcək iclasında iştirak edəcək Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri komissiyasının sədri Qevorq Papoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə yollanacaq.
Region
20 fevral 2024 13:24
Erməni deputatlar QDİƏT PA-nın İstanbulda keçiriləcək iclasında iştirak edəcək

Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri komissiyasının sədri Qevorq Papoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə yollanacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ermənistan parlamentinin nümayəndə heyəti fevralın 22-dən 24-dək Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi