Ermənistan parlamentinin keçmiş rəsmisi fırıldaqçılıqda ittiham olunur

Ermənistan parlamentinin keçmiş rəsmisi fırıldaqçılıqda ittiham olunur Ermənistanın parlament aparatı rəhbərinin keçmiş müavini Arsen Babayana qarşı ittiham irəli sürülüb.
Region
23 Oktyabr , 2019 04:06
Ermənistan parlamentinin keçmiş rəsmisi fırıldaqçılıqda ittiham olunur

Ermənistanın parlament aparatı rəhbərinin keçmiş müavini Arsen Babayana qarşı ittiham irəli sürülüb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

İttihama əsasən Arsen Babayan 2018-ci ildə parlament administrasiyası rəhbərinin müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı olarkən bir qrup vəzifəli şəxsə Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəməkdə kömək göstərib. O, həmçinin fırıldaqçı xarakterli hərəkətlər edib.

Məlumata görə, Ermənistan parlamentinin keçmiş spikeri Ara Babloyan hakimiyyətin mənimsənilməsində şübhəli bilinən həmin cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi