Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib

Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, indiki hakimiyyət və sələflər arasındakı fərq ondan ibarətdir ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür.
Region
6 Dekabr , 2023 18:40
Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırkı hakimiyyət və sələflər arasındakı fərq ondan ibarətdir ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, o, parlamentdə deputat, keçmiş prezidentin oğlu Levon Koçaryanın - "daha hansı ölkələrdə insanlar sosial şəbəkələrdə paylaşımlara görə həbs edilir?" sualını belə cavablandırıb.

“Biz başqa ölkələrin statistikasını öyrənməmişik, amma mən ölkəmizdə əvvəlki dövrlərlə müqayisə apara bilərəm. Məsələn, deyə bilərik ki, siyasətçilər girişlərdə öldürülmür, insanlara atəş açılmır, seçkilərin nəticələri saxtalaşdırılmır, Yerablurda torpaq sahələri mənimsənilmir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi