Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək

Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək Ermənistan parlamenti gələn həftə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək.
Region
18 Yanvar , 2025 11:30
Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək

Ermənistan parlamenti gələn həftə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək.

“Report” xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, müzakirədə "Respublika", "Respublika naminə" partiyaları və Ermənistan Avropa Partiyasının rəhbərləri Aram Sarkisyan, Arman Babacanyan və Tiqran Xzmalyan iştirak edəcəklər.

T.Xzmalyan onun təşəbbüsünün parlament tərəfindən təsdiqlənəcəyinə əminliyini ifadə edib.

"Ermənistan hökuməti 3-4 ay ərzində başa düşdü ki, Aİ-yə alternativ yoxdur", - o bildirib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü məsələsi yalnız referendum yolu ilə həll oluna bilər.

Son xəbərlər

Orphus sistemi