Ermənistan ordusu tibbi idarəsinin müvəqqəti rəisi: "Belə işləyə bilmirəm və istəmirəm"

Region
  • 28 mart, 2022
  • 11:40
Ermənistan ordusu tibbi idarəsinin müvəqqəti rəisi: Belə işləyə bilmirəm və istəmirəm

Ermənistan Silahlı Qüvvələri Hərbi-tibbi İdarəsi rəisinin səlahiyyətlərini icra edən Geqam Paşikyan istefa ərizəsi yazıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, o, istefa ərizəsində iş şəraitindən şikayət edərək yazıb: “Mən belə işləyə bimirəm və istəmirəm”.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Saak Ohanyan idarə rəisi vəzifəsindən azad edilmiş və onun yerinə birinci müavin Paşikyan təyin olunmuşdu.