Ermənistan müxalifətinin lideri barəsində cinayət işinin ilkin istintaqı bitib

Ermənistan müxalifətinin lideri barəsində cinayət işinin ilkin istintaqı bitib Ermənistanın keçmiş baş naziri, müxalifətin yaratdığı “Vətənin xilası uğurunda hərəkat”ın lideri Vazgen Manukyan barədə cinayət işinin ilkin istintaqı başa çatıb
Region
9 Mart , 2021 11:40
Ermənistan müxalifətinin lideri barəsində cinayət işinin ilkin istintaqı bitib
Vazgen Manukyan

Ermənistanın keçmiş baş naziri, müxalifətin yaratdığı “Vətənin xilası uğurunda hərəkat”ın lideri Vazgen Manukyan barədə cinayət işinin ilkin istintaqı başa çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun vəkili Aram Vardevanyan feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, V.Manukyan martın 4-də Ermənistanın İstintaq Komitəsinə çağırılıb və ondan ölkəni tərk etməmək barədə iltizam alınaraq sərbəst buraxılıb.

V.Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmək, ölkənin ərazi bütövlüyünü pozmağa cəhd və konstitusiya quruluşunu güc yolu ilə dəyişməyə çağırış etmək maddələri üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi